Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti uzadılıb

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti uzadılıb

AFFA İcraiyyə Komitəsinin dekabrın 2-də keçirilmiş növbəti iclasının qərarları açıqlanıb.

BrendSport.az
AFFA-nın saytına istinadla xəbər verir ki, qəbul olunmuş qərara əsasən Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməlidir.
Bundan başqa, aşağı yaş qruplarından ibarət milli komandalara baş məşqçilərin təyinatı olub. Füzuli Məmmədov U-15/U-16, Elxan Abdullayev, U-17, Aqil Nəbiyev U-18 yaş qrupunun baş məşqçisi təyin edilib.
İclasda, həmçinin AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşası, regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondunun təsis edilməsi qərara alınıb.
AFFA-nın Futbol Akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən 150 min ABŞ dolları, VAR layihəsi üçün isə 500 min ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması təsdiqlənib.


Facebook-da paylaş