Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Badmintonçularımız çempion oldu



Belarusun paytaxtı Minskdə keçirilən badminton üzrə "Belarus International 2018" turnirinə yekun vurulub.

Kişilərin şəxsi yarışında finalda badmintonçumuz Edi Reski Dviçayo və Fransa təmsilçisi Leo Rossi üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada yekunda 2:1 (21-18, 15-21, 21-19) hesablı qələbə qazanan Edi "Belarus International 2018" turnirinin qalibi olub. Eyni uğura kişilərin qoşa yarışında da imza atmışıq. Yarımfinalda polşalı Aleksander Yablonski - Kristof Yakovçuk cütünə 2:0 (21-18, 23-21) hesabı ilə qalib gələn Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi finalda Fransa badmintonçuları Leo Rossi - Tomas Baures üzərində də inamlı qələbə qazanıb. 2:0 (21-18,21-14) Beləliklə, bu kateqoriyada da turnirin qalibi adını Azərbaycan badmintonçuları qazanıb.

Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Sabah Peşəkar İdman Klubunun üzvləridir.


Facebook-da paylaş

Xəbəri paylaş