Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Araz Abdullayev "Qəbələ" barədə danışmaq istəmədi



"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazamasından sonra hamı milli komandadan da yaxşı nəticə gözləyir”

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Norveç yığması ilə səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup oyununu şərh edərkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, Osloda ən azı uduzmamağa çalışacaqlar. O, baş məşqçi Robert Prosineçkinin şans verəcəyi halda, meydana çıxmağa hazır olduğunu söyləyib:
"Bakıda Norveçi 1:0 hesabı ilə məğlub etmişik. Səfərdə də ən azı uduzmamaq üçün əlimizdən gələni edəcəyik. Lakin istəyimiz 3 xaldır. Baş məşqçisi şans verəcəyi halda oynamağa hazıram”.

Abdullayev yay fasiləsində müqavilə üzrə məxsus olduğu "Qəbələ”dən ayrılaraq, Kiprin "Anortosis” klubuna icarəyə yollanıb. Cinah oyunçusu bu keçid barədə danışmaq istəməsə də, yeni klubunda özünü yaxşı hiss etdiyini bildirib:
"Kiprdə yeniyəm, uyğunlaşmağa çalışıram. Məşqlərimizi davam etdiririk. Çempionatın ikinci turunda səfərdə qalib gəldik. Hər şey qaydasındadır. Kiprdə Azərbaycanı yaxşı təmsil etməyə çalışıram” .

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də Norveçlə Osloda, sentyabrın 4-də isə San Marino ilə Bakı qarşılaşacaq.



Facebook-da paylaş

Xəbəri paylaş