Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ən çox qol vuran 25 oyunçu



Ölkə çempionatlarının yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə ən çox qol vuran 25 oyunçu yer alıb.

Siyahıya macarıstanlı futbolçular başçılıq edir. Karyerası 1943-66-cı illəri əhatə edən Ferens Puşkaşın hesabında 511 qol var. Dünyanın ən yaxşı bombardiri ən yaxın izləyicisini böyük fərqlə qabaqlayır. Digər macar futbolçu İmre Şlosser 417 dəfə fərqlənib. Üçüncü sırada yer alan daha bir macar Qyula Jenqeller 416 qola sevinib.

İlk “üçlüy”ü macarlardan ibarət olan cədvəlin “25-liy”ində futbol kralı Pele yer almayıb. Onun hesabındakı qol sayı Puşkaşdan çox olsa da, yüksək liqalardakı nəticəsi daha aşağıdı.

Karyerasını davam etdirənlər arasında Kriştianu Ronaldo və Lionel Messi də “25-lik”də yer alıb. Ronaldo 12-ci yerdədisə, Messi 15-ciyə şərikdi.

Azərbaycan çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyev də siyahıdan çox uzaq qalıb. Onun hesabında cəmi 183 qol var. Hücumçumuzu 25-ci pillədən 153 qol ayırır.

Yüksək liqalarda ən çox qol vuran 25 futbolçu

1. Ferens Puşkaş (Macarıstan/İspaniya) - 511
2. İmre Şlosser (Macarıstan/Avstriya) - 417
3. Qyula Jenqeller (Macarıstan/Kolumbiya) - 416
4. Ceyms Edvard Makqrori (Şotlandiya) - 410
5-6. Herhard Herd Müller (Almaniya) - 405
Roje Milla (Kamerun/Fransa/İndoneziya) - 405
7. Uqo Sançes (Meksika/ABŞ/İspaniya) - 400
8. Ferens Juja (Macarıstan) - 393
9. Karlos Bianki (Argentina/Fransa) - 385
10. Alfredo di Stefano (Argentina/Kolumbiya/İspaniya) - 377
11. Qunnar Nordal (İsveç/İtaliya) - 376
12. Kriştianu Ronaldo (Portuqaliya/İngiltərə/İspaniya) - 373
13. Ceyms Peter Qrivz (İngiltərə/İtaliya) - 368
14. Delio Onnis (Argentina/Fransa) - 363
15-16. Hyu Ferqyuson (Şotlandiya/İngiltərə) - 361
Lionel Messi (Argentina/İspaniya) - 361
17. Yojef Takaç (Macarıstan) - 360
18. Yohan Krankl (Avstriya/İspaniya) - 354
19-20. Qyorgi Sarosi (Macarıstan) – 351
Osvaldo Kastro (Çili/Meksika) - 351
21. Albert de Kleyn (Belçika) - 350
22. Eysebio (Portuqaliya/ABŞ/Meksika) - 342
23. Yozef Mermans (Belçika) - 339
24-25. İsidro Lanqara (İspaniya/Argentina/Meksika) - 336
Hyu Kilpatrik Qallaxer (Şotlandiya/İngiltərə) - 336


Apasport


Facebook-da paylaş

Xəbəri paylaş