Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Velosipedçimiz Portuqaliyada üçüncü olub



Portuqaliyada trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirinə yekun vurulub.

BrendSpor.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yarışı Azərbaycanın elit yığma komandasının üzvü Sergey Omelçenko üçün uğurlu nəticə ilə yadda qalıb.

Keyrin növündə mübarizə aparan təmsilçimiz təsnifat yürüşünü inamla keçərək final mərhələsinə vəsiqə qazanıb. Həlledici yürüşdə İspaniya və Kanadanın 2, İtaliyanın isə 1 idmançısı ilə mübarizə aparan velosipedçimiz finiş xəttini 3-cü keçib və Anadia turnirinin bürünc medalına layiq görülüb. İtaliyalı Francesko Sesi birinci, ispaniyalı Xose Moreno Sançes isə ikinci olublar.

Nüfuzlu yarışda əldə etdiyi bürünc medal Sergey Omelçenkoya həm də 160 reytinq xalı qazandırıb. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, trek növündə yarışan velosipedçilər Yay Olimpiya Oyunlarına 2 il qalmış iştirak etdikləri yarışlarda reytinq xalları toplamaqla 4 illiyin zirvə yarışına lisenziya əldə edirlər.


Facebook-da paylaş

Xəbəri paylaş