“Qarabağ” – “Braqa” oyununun biletləri satışa çıxarılıb
![](/uploads/posts/2024-02/medium/1707467810_17074658321997124812_1200x630.jpg)
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyununun biletləri Iticket.az-da satışa çıxarılıb.
BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.
Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)