Faydalı saytlar


Reklam



Məşhur futbolçumuz faciəli şəkildə öldü




"Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.

BrendSport.az "report"a istinadən xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Jeep markalı avtomobil vurub.

Şıxlarov hadisə yerindəcə keçinib. O, ekspertiza üçün morqa aparılıb. O. Abdullayev veteranlar adından mərhumun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, S.Şıxlarov 1970-80-ci illərdə "Neftçi", "Kəpəz" və başqa klublarımızda oynayıb.

Allah rəhmət eləsin!


Facebook-da paylaş