Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib



AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyunların yeri və başlama saatı müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.

İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş