Əsas Səhifə > Ölkə idmanı > Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib
Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşibBu gün, 16:28 |
![]() AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyunların yeri və başlama saatı müəyyənləşib. BrendSport.az xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq. İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq. Geri qayıt |