Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib



Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən idmançılar Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

BrendSport.az
xəbər verir ki, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançıların bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı onların istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş