Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb



Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

BrendSport.az
xəbər verir ki, qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin aktivinə yazılıb. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Yeji Kim, həmçinin 42 dəfə dəqiq atəş açmaqla bu növdə yeni dünya rekorduna imza atıb. Cin Yanq ikinci yerlə kifayətlənib. Almaniyalı Cozefin Eder isə bu turnirdə ardıcıl ikinci dəfə bürünc medal sevinci yaşayıb.

Dünya Kubokunda 3, Avropa çempionatında 3, dünya çempionatında 2 dəfə qızıl mükafata yiyələnən Almaniya təmsilçisi Doren Vennekamp isə yarışı növbəti dəfə medalsız başa vurub. O, Bakıda üzləşdiyi uğursuzluqla bağlı açıqlama verib: “Bakı Atıcılıq Mərkəzində atəş açmaq mənə həmişə zövq verib. Burada yarışmaq mənim üçün xoş olduğuna görə həmişə xoşbəxt görünmüşəm. Bakıda gözəl xatirələrim var, medallar qazanmışam, dünya çempionu adına layiq görülmüşəm. Son vaxtlar çox yarışlarda iştirak etmişik. Buna görə də bir az yorğunluq ola bilər. İşlər gözlədiyim kimi getmədi. Final mərhələsində daha diqqətli olmaq lazımdır. Texnikada müəyyən dəyişikliklər etmişdik. Amma əvvəlki kimi effektli olmadı. Ona görə də nəticəyə təsir etdi. Finalda həmyerlim Cozefin Ederi görmək məni sevindirir. Biz ikimiz də həmişə finallar üçün hazırlaşan idmançılarıq. Çox sevinirəm ki, onda bu gün yaxşı alındı. Əsas mərhələdə qətiyyət nümayiş etdirdi. Özüm dördüncü olsam da, ümumilikdə Almaniya komandası üçün gözəl mənzərədir”.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş