Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” “Araz-Naxçıvan”la oyuna itkilərlə çıxacaq



“Neftçi” Azərbaycan Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi oyuna itkilərlə çıxacaq.

BrendSport.az
xəbər verir ki, “ağ-qaralar” dörd futbolçunun xidmətindən yararlana bilməyəcək.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la oyunda meydanda ola bilməyəcək.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş