Kişi şahmatçılar arasında Azərbaycan çempionatının mükafat fondu artırılıb
Kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının mükafat fondu artırılıb.
BrendSport.az xəbər verir ki, pul mükafatının ümumi məbləği 30 min manata çatdırılıb.
Ölkə çempionu medal və diplomla təltif olunacaq, eləcə də 12 000 manat mükafat əldə edəcək.
9 turdan ibarət olacaq yarışda ilk 4 yerin sahibi ikinci mərhələdə Olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaqlar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
Facebook-da paylaş