Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakı kəndləri arasında futbol turniri başlayır



Gənclər və İdman Nazirliyi ilə Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə martın 30-da Bakının 32 kənd və qəsəbəsinin uşaq futbol komandalarının birincilik uğrunda mübarizəsi başlanacaq.

BrendSport.az
xəbər verir ki, mayın 10-dək davam edəcək turnirin açılış mərasimi martın 30-u, saat 12:00-da Bakı Tennis Akademiyasında baş tutacaq.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, “Bakı Abadlıq Xidməti” MMC-nin və AFFA-nın nümayəndələri iştirak edəcəklər.

Açılış mərasimində gənclər arasında populyar olan rok ifaçısı Mərdan Kazımovun çıxışı, maskotların şousu nəzərdə tutulub.

Oyunlar həftə sonları keçiriləcək. Ümumilikdə, turnirdə 64 matçın təşkili planlaşdırılıb.

Azərbaycanda futbol oyunlarının tarixi Bakı kəndləri ilə bağlıdır. Bu baxımdan turnirin Bakı kəndlərinin məktəbliləri arasında keçirilməsi simvolik mahiyyət daşıyır. Yarışlara 384 yeniyetmə cəlb olunub.

Turnirin final matçı mayın 10-da oynanılacaq. İlk 3 yerin sahiblərinə pul mükafatları, iştirakçılara dəyərli hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfə təşkil olunan turnirdə əsas məqsəd yeni istedadların üzə çıxarılması, uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda yeni nəsildə komanda şüurunun formalaşmasıdır. İlk dəfə 2022-ci ildə keçirilən turnirə ümumilikdə 350-dən çox uşaq cəlb edilmiş və oyunlar böyük marağa səbəb olmuşdu.

Həmin turnirin qalibi Yeni Suraxanı komandası olub.


Facebook-da paylaş

Xəbəri paylaş