Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Kəpəz”in gürcüstanlı futbolçusu “Zirə” ilə oyunu buraxacaq



“Kəpəz”in gürcüstanlı futbolçusu Georgi Papunaşvili Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” ilə keçiriləcək səfər oyununu buraxacaq.

BrendSport.az
xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

Papunaşvili ilə yanaşı, Elçin Əlicanov da məşqçilər korpusunun sərəncamında olmayacaq. 25 yaşlı müdafiəçi sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” - “Kəpəz” oyunu saat 16:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş