Futzal çempionatında meydana çıxmayan komandaya texniki məğlubiyyət verilib
AFFA İntizam Komitəsi “Record club” futzal komandasına texniki məğlubiyyət verib.
BrendSport.az xəbər verir ki, buna klubun "Baku Fire" ilə görüşdə meydana çıxmaması səbəb olub.
Yüksək Liqa təmsilçisi 0:5 hesablı texniki məğlubiyyət alıb.
Futbol üzrə Yüksək Qızlar Liqasında isə "Şəmkir" kollektivi eyni halla üzləşib. Bölgə klubunda “Araz-Naxçıvan”la matçda protokolda qeyd olunmuş oyunçu əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynayıb. Buna görə "Şəmkir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Facebook-da paylaş