Əsas Səhifə > Ölkə idmanı > Futzal çempionatında meydana çıxmayan komandaya texniki məğlubiyyət verilib
Futzal çempionatında meydana çıxmayan komandaya texniki məğlubiyyət verilib12-03-2024, 16:00 |
AFFA İntizam Komitəsi “Record club” futzal komandasına texniki məğlubiyyət verib. BrendSport.az xəbər verir ki, buna klubun "Baku Fire" ilə görüşdə meydana çıxmaması səbəb olub. Yüksək Liqa təmsilçisi 0:5 hesablı texniki məğlubiyyət alıb. Futbol üzrə Yüksək Qızlar Liqasında isə "Şəmkir" kollektivi eyni halla üzləşib. Bölgə klubunda “Araz-Naxçıvan”la matçda protokolda qeyd olunmuş oyunçu əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynayıb. Buna görə "Şəmkir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Geri qayıt |