Azərbaycan Kubokunun açılış oyununda "Xəzri" qələbə qazanıb
![](/uploads/posts/2024-02/medium/1709047857_6d3337d0-d656-3abe-8308-2d609475869d_850.jpg)
"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun açılış oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, A qrupunda qərarlaşan "Xəzri" və "Sumqayıt" komandalarının qarşılaşmasında paytaxt klubunun 105:81 hesablı qələbəsi qeydə alınıb.
Ən məhsuldar basketbolçular "Xəzri"dən Ceremi Maklaflin (26 xal, 10 ribaund), "Sumqayıt"dan Smit Roderik (29 xal, 9 ribaund) olublar.
Qeyd edək ki, Azərbaycan Kubokda günün ikinci oyunu saat 19:30-da "Cəlilabad" və "Xırdalan" komandaları arasında baş tutacaq.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)