Azərbaycan gimnastı: Yarışlara ciddi hazırlaşırıq
Yarışlara ciddi hazırlaşırıq.
BrendSport.az xəbər verir ki, bunu batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Mehdi Əliyev Bakıda keçiriləcək Dünya Kuboku haqqında danışarkən deyib.
Gənc idmançı ilk dəfə böyüklər arasında çıxış edəcəyini bildirib: "İlk dəfə böyüklər arasında çıxış edəcəyəm. Paytaxtımızdakı turnirdə yer almaq mənim üçün böyük məsuliyyətdir. Ümid edirəm ki, çıxışım uğurlu alınacaq".
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 23-25-də Milli Gimnastika Arenasında baş tutacaq.
Facebook-da paylaş