Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” Serbiya millisinin hücumçusu ilə anlaşıb



“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

BrendSport.az
xəbər verir ki, “ağ-qaralar” Serbiya millisinin hücumçusu Milan Pavkovla anlaşıb.

Bakı təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Feyxa” klubu ilə müqaviləsini pozan 30 yaşlı forvardla cari mövsümün sonunadək müqavilə imzalayacaq.

Qeyd edək ki, Milan Pavkov ölkəsinin “Srvena Zvezda” klubundakı çıxışı ilə tanınır. O, 2017-2022-ci illərdə çıxış etdiyi Belqrad təmsilçisində 106 oyuna 49 qol vurub. Futbolçu 2022-ci ilin yayından formasını geyindiyi “Əl-Feyxa” klubunda isə 26 matçda cəmi bir dəfə fərqlənib.


Facebook-da paylaş

Xəbəri paylaş