Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” Serbiya millisinin hücumçusu ilə anlaşıb
“Neftçi” Serbiya millisinin hücumçusu ilə anlaşıb3-02-2024, 11:40 |
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. BrendSport.az xəbər verir ki, “ağ-qaralar” Serbiya millisinin hücumçusu Milan Pavkovla anlaşıb. Bakı təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Feyxa” klubu ilə müqaviləsini pozan 30 yaşlı forvardla cari mövsümün sonunadək müqavilə imzalayacaq. Qeyd edək ki, Milan Pavkov ölkəsinin “Srvena Zvezda” klubundakı çıxışı ilə tanınır. O, 2017-2022-ci illərdə çıxış etdiyi Belqrad təmsilçisində 106 oyuna 49 qol vurub. Futbolçu 2022-ci ilin yayından formasını geyindiyi “Əl-Feyxa” klubunda isə 26 matçda cəmi bir dəfə fərqlənib. Geri qayıt |