Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” Qurban Qurbanovun başçılığı altında 400-cü qələbəsini qazanıb



“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.

BrendSport.az
xəbər verir ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıblar.

2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Q.Qurbanovla ilk uğur 2008/2009-cu illər mövsümündə qeydə alınıb.

Həmin vaxt bölgə təmsilçisi Premyer Liqada “Bakılı” ilə görüşdə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah” üzərində qələbə “Qarabağ”ın mövsümdə 25-ci uğuru olub. Qurbanovun komandası Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə rəqiblərinə qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş