“Neftçi” Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş turnirin qalibi olub
“Neftçi”nin U-10 komandası Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnirin qalibi olub.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinin və “Amasiya” İdman Kompleksinin təşkilatçılığı ilə 2014-2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın final matçında baş məşqçi İslam Kərimovun yetirmələri “Amasiya”nı 5:1 hesabı ilə məğlub ediblər.
“Netçi”nin qollarından ikisini Mehdi Mərdanov, hərəyə birini Raul Pənahov və Azər Xankişiyev vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb. Turnirdə 3-cü yeri ROFM tutub.
“Neftçi”nin üzvlərindən Mehdi Mərdanov yarışın bombardiri olub, Raul Pənahov isə ən texnikalı oyunçusu seçilib.
Kubok və medalları mükafatçılara “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov, klubun Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov və digər veteran futbolçular təqdim ediblər.
Facebook-da paylaş