Azərbaycanın iki boksçusu Bakıdakı beynəlxalq turnirin qalibi olub
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.
BrendSport.az xəbər verir ki, yarışda Rusiya, Qazaxıstan və Azərbaycan idmançıları öz güclərini sınayıblar. Turnirdə ümumilikdə 6 peşəkar döyüş baş tutub.
76 kiloqram çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov qarşılaşıblar. Bu görüşdə E.Qənbərov texniki nokautla qalib gəlib.
Eyni çəki dərəcəsində qazaxıstanlı Yerbolat Zeinolla Azərbaycan boksçusu İlham Hüseynlinin dueli rəqibin qələbəsi ilə başa çatıb.
59,8 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Ramazan Babayev və Rauf Ağayev arasında döyüş heç-heçə ilə nəticələnib.
66,7 kiloqram çəki dərəcəsində Ağacan Dərgahov qazaxıstanlı Dilşat Nurumla qarşılaşmanın 2-ci raundunda döyüşü davam etdirmək istəmədiyi üçün qələbə rəqibə verilib.
Azərbaycan idmançıları İsmət Eynullayevlə Məhəmməd Quliyevin (79 kiloqram) görüşü birincinin üstünlüyü ilə yekunlaşıb.
Eyni çəki dərəcəsində rusiyalı Maqomed Rəsulovla Azərbaycanı təmsil edən Cabbar İsmayılov arasındakı döyüş isə hakimlərin fərqli qərarı ilə rəqibin xeyrinə başa çatıb.
Facebook-da paylaş