Azərbaycan Kuboku: 1/4 finalın bütün cütləri müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
BrendSport.az xəbər verir ki, 1/8 final oyunlarından sonra Premyer Liqanın 8 komandası mübarizəni davam etdirib.
1/4 finalın ən maraqlı cütlüyündə “Sabah” və “Qarabağ” komandaları yarımfinala vəsiqə uğrunda bir-biriləri ilə qarşılaşacaqlar.
Azərbaycan Kuboku
1/4 final
“Səbail” – “Zirə”
“Araz-Naxçıvan” – “Qəbələ”
“Sumqayıt” – “Neftçi”
“Sabah” – “Qarabağ”
Qeyd edək ki, bu raundun ilk oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.
Facebook-da paylaş