Voleybol üzrə Yüksək Liqada ilin son oyununun vaxtı açıqlanıb
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin son matçının tarixi bəlli olub.
BrendSport.az xəbər verir ki, “Azərreyl” və “Neftçi” komandaları arasında keçiriləcək oyun dekabrın 21-də olacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Yüksək Liqa (kişilər)
21 dekabr
VII tur
15:00. “Azərreyl” - “Neftçi”
GİN-nin Voleybol Mərkəzi
Facebook-da paylaş