Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Kuboku: “Səbail” böyükhesablı qələbə ilə növbəti mərhələdə



Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, “ASCO Arena”da “Səbail” və “Şamaxı” komandaları üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Dənizçilər”in heyətində qolları 23-cü və 45-ci dəqiqələrdə Amil Yunanov, 50-ci dəqiqədə Pedro Nunu, 56-cı və 80-ci dəqiqələrdə Rüfət Abdullazadə və 90+2-ci dəqiqədə Adi Mehremiç vurub.

“Səbail” 1/4 finalda “Zirə” – “Turan Tovuz” cütünün qalibi ilə qarşılaşacaq. Həmin görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti raunda adlayıblar. Mərhələnin son iki oyunu dekabrın 21-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş