Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sülh yubileyləri

Sülh yubileyləri
Azərbaycan Premyer Liqasının XV turu iki komanda üçün heç-heçə yubileyləri ilə əlamətdar olub. “Sumqayıt” 50-ci dəfə səfərdən bir xalla dönüb. Bu, “Turan Tovuz”la qarşılaşmada (2:2) gerçəkləşib.

BrendSport.az
xəbər verir ki, Sumqayıtın eyniadlı klubunun rəqib meydanlarındakı ilk bərabərliyi 2010/11 mövsümünə təsadüf edib. 2011-ci il sentyabrın 18-də keçirilən “Rəvan”la matç 0:0 hesabı ilə yekunlaşıb.

“Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə “Səbail” üçün ikiqat yubileylə yekunlaşıb. Bakı klubu Premyer Liqada 40-cı, səfərdə 20-ci dəfə sülhə imza atıb.

“Səbail”in ilk heç-heçəsi 2017/18 mövsümündə gerçəkləşib. 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfərdəki qarşılaşmada qol vurulmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş