Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan klubu moldovalı bombardiri heyətinə qatdı



Azərbaycan I Divizion komandası “Sabah” Gürcüstan millisinin hücumçusu Artyom Zabunu heyətinə qatıb. Klubun feysbuk səhifəsində yayılan xəbərə görə, 22 yaşlı futbolçu yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

Son klubu Belarus “Krumkaçı”sı olan Zabun “Sabah”la 1,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Şerif”in yetirməsi olan Artyom Zabun 2016-17 mövsümündə “Viktoriya”nın heyətində A divizionunun bombardiri olub – 12 oyunda 21 qol. Forvard ötən il Moldova yığmasının heyətində 1 oyunda meydana çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş