Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan klubu moldovalı bombardiri heyətinə qatdı
Azərbaycan klubu moldovalı bombardiri heyətinə qatdı27-01-2018, 13:20 |
Azərbaycan I Divizion komandası “Sabah” Gürcüstan millisinin hücumçusu Artyom Zabunu heyətinə qatıb. Klubun feysbuk səhifəsində yayılan xəbərə görə, 22 yaşlı futbolçu yeni komandası ilə münasibətləri rəsmiləşdirib. Son klubu Belarus “Krumkaçı”sı olan Zabun “Sabah”la 1,5 illik müqaviləyə qol çəkib. Qeyd edək ki, “Şerif”in yetirməsi olan Artyom Zabun 2016-17 mövsümündə “Viktoriya”nın heyətində A divizionunun bombardiri olub – 12 oyunda 21 qol. Forvard ötən il Moldova yığmasının heyətində 1 oyunda meydana çıxıb. Geri qayıt |