Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın legioneri: "Azərbaycanda hər şeyə çox tez uyğunlaşdım"



"Azərbaycanda hər şeyə çox tez uyğunlaşdım. Şəhər çox gözəldir və özümü yaxşı hiss edirəm".

BrendSport.az xəbər verir ki, bunu "Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica Azərbaycandakı həyat tərzi barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı hücumçu vətəni, ailəsi və sabiq klubu "Tirana" üçün darıxdığını bildirib: "Niyə də bir gün yenidən bu komandaya qayıtmayım?! İmkan olanda Albaniya çempionatını izləyirəm. Bəzən sıx qrafikə görə əlavə vaxtım olmur".

Cica milli komandaya dəvət almamasına da toxunub: "Nə baş məşqçi, nə də yığmanın digər əməkdaşları ilə əlaqəm var. Əlbəttə, millinin bir parçası olmaq istəyərəm. Amma kimin çağırılacağına baş məşqçi qərar verir".

Qeyd edək ki, Redon Rica bu ilin yanvarından "Qarabağ"da çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş