Paris-2024-ə təyinat alan azərbaycanlı hakim Afinada seminara qatılacaq
Azərbaycanın güləş hakimi Asif Şirəliyev Yunanıstanın paytaxtı Afinada keçiriləcək beynəlxalq seminarda iştirak edəcək.
BrendSport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alan hakimlərin dəvət aldığı seminar iyunun 20-dən 24-dək keçiriləcək.
Qeyd edək ki, A.Şirəliyev Paris-2024-də ölkəmizi güləş yarışlarının ədalət qoruyucusu kimi təmsil edəcək.
Facebook-da paylaş