Əsas Səhifə > Olimpiya > Paris-2024-ə təyinat alan azərbaycanlı hakim Afinada seminara qatılacaq

Paris-2024-ə təyinat alan azərbaycanlı hakim Afinada seminara qatılacaq


31-05-2024, 16:00

Azərbaycanın güləş hakimi Asif Şirəliyev Yunanıstanın paytaxtı Afinada keçiriləcək beynəlxalq seminarda iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alan hakimlərin dəvət aldığı seminar iyunun 20-dən 24-dək keçiriləcək.

Qeyd edək ki, A.Şirəliyev Paris-2024-də ölkəmizi güləş yarışlarının ədalət qoruyucusu kimi təmsil edəcək.
Geri qayıt