Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“İdmanla və idmançılarla bağlı kitab çox azdır”



“Tamamilə real hadisələri əks etdirən bir əsərdir”

Tanınmış və gənc yazar Etibar Həsənzadə ilə onun "Bir həyat romanı" adlı kitabı haqqında fikir mübadiləsi etdik. Əsas səbəb isə kitabın geniş oxucu auditoriyasına çatdırılmasıdır.

- Etibar müəllim, "Bir həyat romanı"nı yazmağa nə vadar etdi sizi?

- Demək olar ki, cangüdənlərin həyatına olan marağım. Bütün cangüdənlər idmanla bağlı bir insanlardı. Bir də bilirsiniz, idmançı həyatı maraqlı olur. Bir gün zəfər, bir gün də məğlubiyyət. Demək istəyirəm ki, maraqlı həyat nüansı ilə doludur. Mənim bu kitabım deyərdim ki, Azərbaycanda bu janrda ilk yazıdır. Real olan hadisələri qələmə almışam. Çalışmışam ki, cangüdənin əsl həyatını tərənnüm edim.

- Bildiyimizə görə, kitabın qəhramanı siravi bir vətəndaşdır…

- Bəli, canlı yazıdır. Real olan bir şəxsdən söhbət gedir. Bu əsəri yazanda mən bunu düşünürdüm. Nə varsa canlı olmalıdır. Adlar da realdır. Əsərin içində qəhrəmanın haqqında geniş məlumat var.

- Ad seçimi necə oldu?

- Adı birlikdə secdik. Mən və Alxas bəy. Deyim ki, mən ilk dəfə olaraq burada yazar hegamonluğu etmədim. Ancaq tam ixtiyarım da var idi. Axı bu əsərin müəllifi mənəm. Mən kitabın adını qəhrəmanımla birlikdə seçdim. Bu da bir kreativlikdir. Azəbaycanda hansı yazar bunu edib? İlk dəfədir ki, mən etdim.

- Bu kitabı hansısa bir sərgiyə, ya da bir rejissora təqdim etmisizmi?

- Xeyr. Amma inanıram ki, bu da olacaq. Məncə, əsər çox maraqlı alınıb.

- Maraqlı yazı üslubunuz var. Azərbaycanda ilk dəfə mühafizə xidmətinin bir əməkdaşı haqqında yazı yazılır. Bu yenilikdi, yoxsa zamanın tələbi.

- Deyərdim ki, zamanın tələbi və oxucuların marağı. Bilirsiniz, idmançı həyatında peşə secimi azdır. Ya məşqçi olurlar, ya da güc strukturlarının əməkdaşı. Bir də oxucuların marağına səbəb oldu. Qeyd edim ki, ilkin mərhələdə çap olunan kitabımız yetərincə olmadı. Ona görə də əlavə olaraq yenidən çap etdirmək məcburiyyətində qaldıq. İndi isə elektron versiyası da cıxdı.

- “Bir həyat romanı”nda fantaziyaya üstünlük verilib, yoxsa real hadisələr daha çoxdu?

- Tam səmimi deyim ki, tamamilə real hadisələri əks etdirən bir əsərdir. Hələ qəhrəmanımın xahişi ilə bəzi məsələlərin üstündən səthi keçmişik.

- Kitab haqqında kimlər rəy verib, fikir bildirib?

- Kitabın ilk səhifəsində rəy verilib. Özü də tanınmış “İlin ədəbiyyat müəllimi”, bir də “Qızıl qələm” mükafatı laureatı olan jurnalist. İlkin olaraq onların “əlindən” keçib və sonra çap üçün hazırlanıb.

- Məşhur yazıçımız Cingiz Abdullayevin qəhramanı Dronqo barəsində bir neçə kitab var. Bəs sizcə, "Bir həyat romanı"nda olan obrazın ardı olacaqmi?

- Onu zaman göstərəcək. İdmanla və idmançılarla bağlı kitab çox azdır. Məncə, bu boşluğu doldurmaq lazımdır.

- Maraqlı müsahibəyə görə çox sağ olun. Sizə bundan sonra daha çox yaradıcılıq uğurları arzulayırıq.

- Təşəkkür edirəm. Siz də sağ olun ki, maraq dairəniz genişdir. Vaxt tapıb bizimlə də maraqlanırsınız.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi




Facebook-da paylaş

Xəbəri paylaş