Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sərbəst güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşib

Sərbəst güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşib


Avqustun 16-da Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürəcək.

BrendSport.az
xəbər verir ki, ilk 3 yarış günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Avqustun 15-də güləşin bu növündə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Millimizin üzvlərindən Nurəddin Novruzov (57 kq) italiyalı Simyone Piroddla, Əbülfəz Nəsirov (61 kq) Salamat Malikovla (Qazaxıstan), Zirəddin Bayramov (65 kq) Mustafa Əhmədovla (Tacikistan), Cəbrayıl Hacıyev (70 kq) Bolqarıstan təmsilçisi İvan Stoyanovla, Turan Bayramov (74 kq) Stas Volfla (Almaniya), Əşrəf Aşırov (79 kq) latviyalı Osman Dzasezevsla, Saqadulla Ağayev (86 kq) Qırğızıstan güləşçisi Samatbek Uluyla, Abdulcəlil Şabanov (92 kq) Dmitri Duskovla (Moldova), Aydın Əhmədov (125 kq) Georgi İvanovla (Bolqarıstan) qarşılaşacaq.
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxacaq.


Facebook-da paylaş

Xəbəri paylaş