Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan boksçuları Dünya Kuboku statuslu turnirdə 4 medal qazanıblar



Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kiloqram) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kiloqram) gümüş, Vüsal Xəlilov (65 kiloqram) və Zaur Səmədov (90 kiloqram) bürünc medala yiyələniblər. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş