Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan voleybol millisinin baş məşqçisi Tovuzda seçimlər aparıb



Yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Cahangir Seyed Abbasi Tovuz Regional Voleybol Klubuna daxil olan bölgələr üzrə seçimlər aparıb.

BrendSport.az
xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində baş tutan seçimlərdə iranlı mütəxəssis tərəfindən məşqlər də keçirilib.

Bu məşqlərdə seçimlərə yeni qatılan, eləcə də əvvəldən seçilmiş yeniyetmələr iştirak ediblər. Məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən yeniyetmələr müəyyənləşdirilərək bu ay Bakıda keçiriləcək düşərgəyə cəlb olunacaqlar.

Qeyd edək ki, seçimlərin aparılmasında məqsəd 2008-2009 və 2010-2011-ci il təvəllüdlü voleybolçulardan ibarət milli komandaların formalaşdırılmasıdır. Bu tip məşqlər digər bölgələrdə də həyata keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş