Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində media turu təşkil olunub



Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə qurumun Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində mənzil-media nümayəndələri üçün tur təşkil olunub.

BrendSport.az
xəbər verir ki, idman qurğusunda yaradılan şəraitlə bağlı mətbuat nümayəndələrinə məlumat verən qurumun baş katibi Rəşad Rəsullu bildirib ki, Təlim-Məşq Mərkəzinin ərazisi 2,2 hektardır. Burada kişi və qadın cüdoçuların yarışlara hazırlaşmaları üçün ideal şərait yaradılıb.

Baş katib zallardakı tatamiyə yaylı sistemin quraşdırıldığını da bildirib. Bu sistem zədələrin qarşısını almağa kömək olur. Kişilərdən ibarət komanda üçün nəzərdə tutulan tatami beynəlxalq təlim-məşq toplanışları təşkil etmək baxımından standartlara tam cavab verir.

Mərkəzdə fiziki hazırlıq zalı, məşqçilərin otaqları, 28 yerlik müasir otel bölməsi fəaliyyət göstərir. İdman qurğusu, eyni zamanda, həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

R.Rəsullu Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində də cüdo məktəblərinin açıldığını söyləyib. O, federasiyada ümumi olaraq 60-65 nəfərin işlədiyini vurğulayıb.

Mərkəzlə tanışlıq zamanı cüdo üzrə məşqçi işləmiş və hazırda daxili yarışlar üzrə menecer vəzifəsində çalışan Ağayar Axundzadə Təlim-Məşq Mərkəzində son dövrdə böyük dəyişiklik aparıldığını söyləyib.

"İlin ən yaxşı tibbi personal"ı seçilən həkim Ramin Vəliyev də tibbi avadanlıqlar barədə məlumat verib.

Sonda Azərbaycan Cüdo Federasiyasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Burada cüdo üzrə yaş qruplarının beynəlxalq yarışlardakı çıxışları və Federasiya ilə Dünya Cüdo Akademiyası arasında bağlanmış müqaviləyə əsasən 165 cüdo məşqçisinin sertifikat üçün kurslara cəlb olunduğu barədə məlumat verilib.

R.Rəsullu yarışlara daha yaxşı hazırlaşmaq üçün cüdoçuların 4 aydır psixoloqlarla işlədiyini də deyib.


Facebook-da paylaş

Xəbəri paylaş