Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: Mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb - STATİSTİKA



Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb.

BrendSport.az
xəbər verir ki, bu, XVI turda “Sumqayıt”la “Qarabağ” arasında keçirilən oyunda baş verib.

Sumqayıtda təşkil olunan görüşdə Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Buna qədər çempionatımızda ən böyükhesablı səfər qalibiyyəti 3 top fərqi ilə olmuşdu. Belə ki, 3 dəfə 0:3 (I tur: “Araz-Naxçıvan” – “Turan Tovuz”, V tur: “Sabah” – “Turan Tovuz”, VI tur: “Kəpəz” – “Səbail”), 2 dəfə isə 1:4 (I tur: “Səbail” – “Sumqayıt”, X tur: “Qəbələ” – “Araz-Naxçıvan”) hesabına rast gəlinib.

Ümumiyyətlə, cari mövsüm Premyer Liqada keçirilən 76 qarşılaşmanın 27-də qonaqlar hesablarına 3 xal yazdırmağı bacarıblar.

“Sumqayıt” – “Qarabağ” matçı həm də mövsümün ən bol qollu ikinci görüşüdür. Bu baxımdan da rekord son çempiona məxsusdur. Qurban Qurbanovun kollektivinin XII turda “Kəpəz”lə ev qarşılaşmasında 8 qol (7:1) qeydə alınıb.

Qeyd edək ki, “Qarabağ” hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 23 xal olan “Sumqayıt” isə üçüncü yerdə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş