"Qəbələ" UEFA Gənclər Liqasında cavab oyununa çıxacaq
Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki , "qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Norveçdən olan Məhəmməd Usman Aslam idarə edəcək.
Qeyd edək ki, tərəflər arasında Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə başa çatıb.
Facebook-da paylaş