Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İtaliyada VAR sistemi üzrə futbol hakimlərinin danışıqları açıqlanacaq

İtaliyada VAR sistemi üzrə futbol hakimlərinin danışıqları açıqlanacaq


İtaliya VAR (videoköməkçi hakim) sistemi üzrə hakimlərin danışıqlarını paylaşmağa hazırlaşır.
BrendSport.az xəbər verir ki, bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Alfredo Trentalange deyib.
VAR dialoqlarının paylaşılmasında hər hansı maneə olmadığını bildirən A.Trentalange deyib: “Bizim heç nəyi gizlətmək fikrimiz yoxdur. Tezliklə bu istiqamətdə addım atacağıq və VAR danışıqlarını hər kəslə paylaşacağıq. O zaman hamı hakimlərin xoş niyyətini görəcək”.
Komitə sədri VAR sisteminin futbolda haqsızlığı aradan qaldırdığını və hakimlərin ixtisaslaşması üçün yaxşı təcrübə olduğunu bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş