Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib



Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

BrendSport.az
xəbər verir ki, ölkəmiz yarışda kişilər arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Yarışda Rövşən Əliyev, Kənan Hüseynov, Kənan İsmayılov (hamısı 60 kiloqram), Nazir Talıbov, Rəşad Yelkiyev (66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran Süleymanov (hamısı 73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), İbrahim Ağakişiyev (90 kiloqram), Ruslan Nəsirli (100 kiloqram), Camal Feyziyev, İmran Yusifov (hər ikisi +100 kiloqram) tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, Avropa Kuboku iyunun 15-16-da keçiriləcək. Turnirdə 31 ölkədən 356 idmançı iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş