Gənclər və İdman Nazirliyi “2023-cü ilin ən yaxşıları”nın seçiminə start verib
BrendSport.az xəbər verir ki, seçim 3 mərhələdən ibarət olacaq.
Birinci mərhələdə olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini yazıb təqdim ediblər. İkinci mərhələ sosial media vasitəsilə izləyicilər arasında aparılır. Nəhayət, üçüncü mərhələ - nazirlikdə yaradılmış münsiflər komissiyasının rəyi də nəzərə alınmaqla qaliblər elan ediləcək və qala-mərasimdə mükafatlandırılacaqlar.
Seçim prosesində namizədlər federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alacaqlar. İkinci mərhələnin səsverməsi dekabrın 2-də, saat 23:59-da başa çatacaq.
Facebook-da paylaş