Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BDU-da açıq forum: “Özündən başla, bu gün könüllü ol!”



Bakı Dövlət Universitetinin (BDU) 105 və “BDU könüllüləri” təşkilatının 5 illik yubileyləri münasibətilə təşkil edilən “Könüllülük həftəsi” çərçivəsində Azərbaycan könüllülərinin iştirakı ilə “Özündən başla, bu gün könüllü ol!” adlı açıq forum keçirilib.

BrendSport.az saytının Gənclər şobəs
i xəbər verir ki, “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova təşkilatın fəaliyyəti, missiyası, altproqramlar haqqında məlumat verib, son 3 ilin müqayisəli statistikasını təqdim edib. Qeyd edib ki, “Könüllülük həftəsi” çərçivəsində tələbələr üçün intellektual və əyləncəli yarışlar, simulyasiya, poeziya gecəsi, idman oyunları, müxtəlif muzeylərə ekskursiyalar təşkil olunacaq.

Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri Çingiz Əsgərli BDU kollektivini və tələbələri əlamətdar yubileylər münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. O, Gənclər Fondunun fəaliyyəti, gənclər üçün yaradılan imkanlar, qrant müsabiqələri barədə məlumat verib, tələbə-könüllüləri Fond tərəfindən həyata keçirilən layihələrdə fəal olmağa çağırıb.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli birliyin fəaliyyət istiqamətləri, gənclərin şəxsi inkişafına yönələn tədbir və layihələr haqqında danışıb. Bildirib ki, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

“Könüllü DOST” proqramının könüllülərlə iş şöbəsinin əməkdaşı Fərid Teleyev gənclərin proqram ərzində əldə etdikləri bilik və bacarıqlar haqqında danışıb.

Forumda “Bir Könüllü”, “ASAN Könüllüləri”, “Könüllü DOST”, “Könüllü Gömrükçü”, “SOCAR Könüllüləri”, “Ailəm könüllüləri”, “Ekokönüllü”, “Fövqəladə Hallar Könüllüləri” təşkilatlarının üzvləri də iştirak ediblər.

Forum açıq müzakirələr formatında sualların cavablandırılması ilə davam edib.


Facebook-da paylaş

Xəbəri paylaş