Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gələcəyin idmançıları qardaş və bacı



Sadiqzadə Zeynəb 2012-ci il Sadiqzadə Hüseyn isə 2013-cü ildə anadan olub. Zeynəb Şamaxı 2 saylı tam orta məktəbin məktəbəqədər hazırlıq qrupunda Sevinc müəllimin rəhbərliyi altında məşğələlərə gedir.

Hər ikisi də rəsm cəkməyi çox xoşlayırlar. Bacı-qardaş deyirlər ki, nənəmiz Gülmirə və babamız Cəbrayılı çox sevirik.

Babası Cəbrayıl Cəbiyev Şamaxı rayon Təcili Yardım Stansiyasında həkim işləyir.

Hüseynə dərslərində dayısı Əziz kömək edir. Zeynəb isə daha çox anası ilə dərs hazırlamağı sevir. Zeynəb deyir ki, böyüyəndə anam kimi ləzzətlli sirniyyatlar bişirəcəm.

Zeynəb və Hüseyn dərsdən sonra taekvondo məşqlərinə gedirlər.

- Hüseyn böyüyəndə kim istəyərdin?

- Həkim. Babam həkimdir. Xəstələnəndə mənə də iynə vurur. Mən də calışıram ki, xəstələnməyim. Mənim babam ən yaxşı babadı.

- Zeynəb səndə taekvondo ilə məşğul olursan?

- Bəli. Mən olimpiya çempionu olacam. Nənəmlə, babama maşın alacam. İndi isə hələ ki, öyrənirik.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi








Facebook-da paylaş

Xəbəri paylaş