"Bu, futboldakı ən acı təcrübəmdir"
İsveç millisinin baş məşqçisi Yanne Anderson Avro-2020-nin 1/8 finalında Ukraynaya uduzaraq (1:2) mübarizəni dayandırdıqları matç haqqında danışıb.
BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis deyib:
"Olduqca yaxşı bir oyun keçirdik. İkinci hissədə oyuna nəzarət edə bildik. Ancaq sonradan oyun əlavə vaxta ketdi və bu zaman müdafiə olunduq. Bu, bəlkə də futboldakı ən acı təcrübəmdir. Hamı məğlubiyyətə görə əsəbiləşdi. Paltardəyişmə otağında isə sükut var idi. Hamı sadəcə susurdu. Deyiləcək bir şey yoxdur. İndi bizə heç nə kömək edə bilməz.
Bu gecə ölkəmizə getməliyik. Birdən-birə hər şey başa çatdı. Birlikdə qurduğumuz gözəl olan hər şey. Böyük nəticə əldə etməyə yaxın idik. Ancaq başımızı dik tutub, irəli baxacağıq. Çünki İsveç millisi 2004-cü ildən bəri qrupdan çıxmamışdı. Biz isə bunu bacardıq".
Facebook-da paylaş