Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fənərbağça" "Mançester Yunayted"də çıxış edən futbolçu ilə maraqlanır



Yeni baş məşqçi Jose Mourinyonun gəlişindən sonra transfer çalışmalarını davam etdirən Türkiyənin "Fənərbağça" klubu heyətini "Mançester Yunayted"də (İngiltərə) çıxış edən futbolçu iə gücləndirməyi düşünür.

BrendSport.az
xəbər verir ki, "sarı-lacıvərdlilər" müdafiəçi Sofian Amrabatı transfer etmək niyyətindədir.

Müqavilə əsasında İtaliyanın "Fiorentina" klubuna məxsus olan 27 yaşlı oyunçunun bu keçidə müsbət yanaşdığı bildirilir.

Mərakeş millisinin üzvü ötən mövsüm icarə əsasında çıxış etdiyi "qırmızı şeytanlar"ın heyətində 30 matçda meydana çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş