"Qalatasaray" əsas qapıçısı ilə müqavilənin müddətini uzadır
Türkiyənin "Qalatasaray" klubu əsas qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzatmağa çox yaxındır.
BrendSport.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.
Onun sözlərinə görə, 37 yaşlı qolkiperin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq. Uruqvaylı oyunçunun hazırkı müqaviləsi yayda başa çatır.
Qeyd edək ki, 2011-ci ildən "Qalatasaray"da çıxış edən Muslera "sarı-qırmızılar"la 6 dəfə ölkə çempionu olub.
Facebook-da paylaş