Messi ABŞ klubunu məğlubiyyətdən xilas edib
Argentina millisinin futbolçusu Lionel Messinin qolu ABŞ-nin "İnter Mayami" klubunu məğlubiyyətdən xilas edib.
BrendSport.az xəbər verir ki, komanda MLS-dəki ikinci matçında “Los-Anceles Qelaksi” ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Messi 90+2-ci dəqiqədə bərabərlik qoluna imza atıb.
Xallarının sayını 4-ə çatdıran "İnter Mayami" hələlik Şərq Konfransında liderdir. Bu görüş “Los-Anceles Qelaksi”nin çempionatdakı ilk oyunu olub.
Facebook-da paylaş