Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək
Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.
BrendSport.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia açıqlama verib.
O bildirib ki, 36 yaşlı kapitan yığma karyerasını bitirdikdən sonra geyindiyi 10 nömrəli forma heç kimə verilməyəcək: “Messidən sonra bu formanı bir daha heç kim geyinməyəcək. 10 nömrə onun şərəfinə ömürlük təqaüdə çıxacaq”.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən bəri Argentina millisinin heyətində 180 oyunda 106 qol vurub. Cənubi Amerika komandası 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Facebook-da paylaş